hia.az
hia.az

Məhkəmə Arif Hacılının oğlu barəsində QƏRAR VERDİ

51 dəfə baxılıb 2-11-2023, 11:57

Məhkəmə Arif Hacılının oğlu barəsində QƏRAR VERDİ


Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma və yol-nəqliyyat hadisəsi yerindən qaçmada təqsirləndirilən Müsavat Partiyasının başqanı Arif Hacılının oğlu Orxan Hacılı barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Bu barədə qərar Yasamal Rayon Məhkəməsinin hakimi Rəşad Cavadzadənin sədrliyi ilə keçirilən prosesdə qəbul edilib.

O.Hacılı barəsində Cinayət Məcəlləsinin 263 (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) və 264 (yol nəqliyyat hadisəsi yerindən qaçmada) maddələri ilə ittiham irəli sürülüb.

Qeyd edək, bir neçə gün öncə Orxan Hacılının Bakıda yol qəzası törətməsi barədə görüntülər yayılmışdı. Görüntülərdə “Honda” markalı avtomobilin manevr edərkən bir neçə avtomobilə çırpılması əks olunub. Onun hadisə zamanı sərxoş olduğu bildirilsə də, A.Hacılı açıqlamasında bunu təkzib edib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi