hia.az
hia.az

Azərbaycan Zəngəzuru bu cür alacaq – Kolerov

76 dəfə baxılıb 19-10-2023, 07:19

Azərbaycan Zəngəzuru bu cür alacaq – Kolerov


Azərbaycanın növbəti hədəfi Zəngəzurdur.

bildirir ki, bu sözləri erməni mediasına açıqlamasında rusiyalı tarixçi, ermənipərəst ekspert Modest Kolerov deyib.

"Zəngəzurun (Sünik rayonu) anşlüsü (birləşdirmə - Almaniyanın Avstriyanı özünə birləşdirmə siyasəti - red.) müxtəlif cür ola bilər. Son hadisələrə qədər Zəngəzurun əhalisi 43 mindən 7 minə qədər azalmışdı. İndi orda Qarabağdan köçənlərdən bəzilərini yerləşdiriblər. Amma onlar müxtəlif yerlərdə məskunlaşacaqlar, ona görə də region əhali azalması təhlükəsi ilə üz-üzədir", - o bildirib.

Kolerovin sözlərinə görə, məhz depopulyasiya anşlüsün metodu ola bilər.

Bakının Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında İran vasitəsilə də əlaqə yaratmaq bəyanatlarına gəlincə, tarixçinin fikrincə, bu əlaqə artıq qurulur:

"Məsələ Zəngəzurun rəsmi statusundan asılı olmayaraq, ona nəzarətdən gedir. İrandan keçən dəhliz istənilən halda tikiləcək, lakin bu, texniki xarakter daşıyacaq. Bakı və Ankara məhz Zəngəzurdan birbaşa marşrut çəkməyə çalışacaq".

Onun fikrincə, əhəmiyyətinə baxmayaraq, anklavlar hələ də kiçik, prinsipsiz, texniki məsələdir və heç kim onlarla bazarlıq etməyəcək:

"Ermənistan indi onunla sövdələşmə etmək vəziyyətində deyil. İrəvanla heç kim bazarlıq etməyəcək".

O qeyd edib ki, Yaxın Şərqdəki vəziyyətə baxmayaraq, İranın Qafqaza diqqəti zəifləməyəcək:

"İranın şimal sərhədi məsələsi tamamilə onun yurisdiksiyasında qalacaq və Fransa heç bir şəkildə kömək etməyəcək. Rus sülhməramlılar isə gedəcək", - deyə o yekunlaşdırıb.(Axar.az)


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi