hia.az
hia.az

Şeyx Misirə gedir

94 dəfə baxılıb 17-10-2023, 09:33

Şeyx Misirə gedir


Bu gün Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Misir Ərəb Respublikasına səfərə yola düşür.

Bu barədə QMİ-nin Mətbuat xidmətindən bildirilib.

Səfər Misirin baş müftisi Şövqi Əllamın dəvəti ilə həyata keçirilir. A. Paşazadə 18-19 oktyabr tarixlərində Qahirə şəhərində keçiriləcək Dünya Fətva Heyətləri Baş Katibliyinin Forumunda iştirak və məruzə ilə çıxış edəcək.

Qahirə Forumunda bu il Dünya Fətva Heyətləri Baş Katibliyininin nüfuzlu “İmam Qürafi mükafatı”na layiq görülmüş A. Paşazadənin təltifolunma mərasimi baş tutacaq.

Səfər çərçivəsində QMİ sədri üzvü olduğu Beynəlxalq Müsəlman Ağsaqqalları Şurasının sədri, Əl-Əzhəri Şərifin baş imamı Şeyx Əhməd ət-Təyyib ilə və Misir dövlətinin rəsmiləri ilə görüşlər keçirəcək.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi