hia.az
hia.az

Bişkekdə Xarici İşlər Nazirləri Şurasının iclası başladı

102 dəfə baxılıb 12-10-2023, 08:11

Bişkekdə Xarici İşlər Nazirləri Şurasının iclası başladı

Qırğız Respublikasının paytaxtı Bişkekdə Müstəqil Dövlətlər Birliyinin (MDB) Xarici İşlər Nazirləri Şurası öz işinə başlayıb.

Modern.az xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) "X" sosial şəbəkəsində məlumat yayıb.

Xarici işlər nazirləri MDB-nin əməkdaşlıq gündəliyində əsas yer tutan, qarşılıqlı maraq doğuran məsələləri müzakirə edəcəklər.

Qeyd edək ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bişkekdə keçirilən Müstəqil Dövlətlər Birliyinin (MDB) Xarici İşlər Nazirləri Şurasında iştirak edir. C.Bayramov Qırğız Respublikasının xarici işlər naziri Jeenbek Kulubayevlə görüşüb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi