hia.az
hia.az

Arvadını qətlə yetirib özünü güllələdi

112 dəfə baxılıb 28-09-2023, 09:53

Arvadını qətlə yetirib özünü güllələdi


Yevlax rayonunda kişi həyat yoldaşını bıçaqlayaraq qətlə yetirib.

Hadisə rayonun Tanrıqullar kəndində qeydə alınıb. Belə ki, Kəlbəcər rayon sakini olan Mehman adlı şəxs həyat yoldaşı, 1963-cü il təvəllüdlü Zinyət Əyyüb qızı Zamanovanı ürək nahiyəsindən bıçaqlayaraq öldürüb. O, daha sonra odlu silahla özünə atəş açaraq intihara cəhd edib.

Mehman Zamanov ağır vəziyyətdə xəstəxanaya aparılıb.

Hadisənin hansı səbəbdən baş verməsi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi