hia.az
hia.az

“Qarabağ” - “Molde” oyunu səkkizinci oldu

141 dəfə baxılıb 22-09-2023, 16:00

“Qarabağ” - “Molde” oyunu səkkizinci oldu

UEFA Avropa Liqasının qrup mərhələsinin I turunun oyunlarını stadionlardan izləyən azarkeşlərin sayı bəlli olub.

UEFA-nın yaydığı məlumata görə, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən “Qarabağ” - “Molde” (Norveç) qarşılaşmasını tribunalarda 26 min 500 tərəfdar izləyib. Bu görüş siyahının səkkizinci pilləsində yer alıb.

Ən çox azarkeş Yunanıstanda “Panatinaikos” və İspaniyanın “Vilyarreal” komandaları arasında keçirilən matçda qeydə alınıb. Görüşü 57 min 3 nəfər tribunadan izləyib.
Qeyd edək ki, “Qarabağ” “Molde”ni minimal hesabla məğlub edib - 1:0.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi