hia.az
hia.az

"İtkin düşmüş hərbiçilərimizin xeyli hissəsi əsir düşərgələrində qətlə yetirilib" - Əli Nağıyev

62 dəfə baxılıb 18-09-2023, 10:17

"İtkin düşmüş hərbiçilərimizin xeyli hissəsi əsir düşərgələrində qətlə yetirilib" - Əli Nağıyev


"Hərbi təcavüz nəticəsində ölkəmiz xeyli sayda insan itkisinə, yüzlərlə şəhər və kəndlərimizin tamamilə dağıdılması ilə müşayiət olunan dəhşətli məhrumiyyətlərə məruz qalıb. Birinci Qarabağ müharibəsində 3890 nəfər itkin düşmüş şəxs kimi Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında qeydiyyata alınıb".

Bunu "İtkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün milli və beynəlxalq səylərin artırılması” mövzusunda keçirilən beynəlxalq konfransda Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Əli Nağıyev deyib.

DTX rəisi qeyd edib ki, onlardan 3171 nəfəri hərbçi, 719 nəfəri mülki şəxsdir:

"Mülki şəxslərdən 71 nəfəri yetkinlik yaşına çatmamış uşaq, 267 nəfəri qadın, 326 nəfəri yaşlı insanlardır. Vətən müharibəsində isə 6 nəfər hərbi qulluqçu itkin düşüb. Əldə olunmuş sübutlar göstərir ki, itkin düşmüş hərbiçilərimizin xeyli hissəsi döyüş meydanlarında deyil, əsir düşərgələrində dəhşətli işgəncələr nəticəsində qətlə yetiriliblər".


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi