hia.az
hia.az

Avropada zeytun yağı oğurlamağa başlayıblar

54 dəfə baxılıb 7-09-2023, 12:30

Avropada zeytun yağı oğurlamağa başlayıblar


Qlobal istiləşmə İspaniyada zeytun yağı oğurluğunun artmasına səbəb olub.

Sonuncu böyük oğurluq hadisəsi avqustun 30-da səhər saatlarında İspaniyanın Kordova əyalətində baş verib. Qarətçilər yerli fabrikdən qablaşdırılmağa hazır olan təxminən 50 min litr birinci sıxım zeytun yağını oğurlayıblar. Oğrular məhsulları iki çənə yükləyiblər və onları aparmaları hücum edənlərin cəmi bir neçə saatını alıb. Oğurluqdan dəyən ümumi zərər 500 min avrodan çox olub.

Mütəxəssislər hesab edirlər ki, vətəndaşları ərzaq oğurlamağa sövq edən əsas amillərdən biri də qənaət etmək istəyi və vəsait çatışmazlığıdır. Zeytun yağı isə ispan mətbəxinin əsas tərkib hissələrindən biridir və buna görə də oğrular arasında bu məhsula böyük tələbat var.

"Hər kəs qiymət artımının davam edəcəyindən və zeytun yağının həqiqətən maye qızıla çevrilməsindən narahatdır", - deyə zərərçəkmiş şirkətin meneceri Martin Parra bildirib.
İspaniyada uzun müddət sürən quraqlıq hələ avqustun əvvəlində başlayıb. O vaxta qədər anomal istilərdən ölkə üzrə 8,7 milyondan çox insan zərər çəkib. Anbarların yetərincə dolmaması fonunda yerli hökumət sudan istifadəyə məhdudiyyətlər qoyub. Tədbirlər Kataloniya, Əndəlüs, Araqon və Ekstremadura muxtar icmaları, Qalisiya və Balear adaları da daxil olmaqla, krallığın bir sıra bölgə və vilayətlərini əhatə edib.

Mənbə: Lenta.ru.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi