hia.az
hia.az

Gürcüstanda bu gün matəm günüdür

96 dəfə baxılıb 7-08-2023, 13:40

Gürcüstanda bu gün matəm günüdür


Bu gün Gürcüstanın Şovi kurortunda baş verən faciə ilə əlaqədar ölkədə matəm günüdür.

Fəxri qarovul dəstəsi Hökumət Evinin və prezident sarayının binasındakı dövlət bayraqlarını endirib. Bütün dövlət idarələrində də bayraqlar yarıya qədər endirilir. Bu gün telekanallarda əyləncəli və musiqili verilişlərin yayımı qadağandır.

Avqustun 3-də Şovidə irimiqyaslı sürüşmə baş verib. 18 nəfər həlak olub, daha 16 nəfər itkin düşüb. Körpülərə, yollara, turist kotteclərinə və “Sunset Shovi” otelinə ziyan dəyib. Mütəxəssislərin ilkin məlumatlarına görə, dağlardan 5 milyon kubmetrdən çox torpaq kütləsi enib. Təbii fəlakətin baş verdiyi ərazinin ümumi sahəsi 26 hektar olub.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi