hia.az
hia.az

Tottini cəzalandıran azərbaycanlı hakim: Oyundur da

618 dəfə baxılıb 2-10-2016, 12:54

Tottini cəzalandıran azərbaycanlı hakim: Oyundur daAzərbaycanlı FİFA hakimi Əliyar Ağayev Premyer Liqada bu gün əlavə hakim köməkçisi olduğu “Neftçi” – “Kəpəz” matçından sonra brifinq keçirib.

parlamentinsesi.az xəbər verir ki, gənc referimiz “Report”un oyunda olan əməkdaşının da suallarını cavablandırıb.

- Bu həftə Avropa Liqasının qrup mərhələsində “Roma” - “Astra” matçını idarə etdin. Oyunun hakim-inspektoru işinə necə qiymət verdi?

- Hakim-inspektor ümumilikdə idarəçiliyimdəm razı qaldı. Ancaq qiymət dərhal yox, matçdan 2-3 gün sonra açıqlanır. Bu, həm AFFA-ya, həm də özümə gəlir.

- Bundan sonra səni daha yüksək səviyyəli oyunda görə bilərikmi?

- Bu sualı mənə çox verirlər. Çempionlar Liqasının qrup oyununu idarə etmək üçün ən azı 1-ci kateqoriyalı hakim olmalısan. İnşallah, bura yüksələrəm, ondan sonra təyinat alaram.

- Sosial şəbəkələrdə Françesko Tottinin 40 illik yubileyində ona sarı kartı verdiyin qabardıldı...

- Oyundur da.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi