hia.az
hia.az

Koronavirus nəhayət ki, bu ölkəni də narahat etməyə başladı

568 dəfə baxılıb 3-04-2020, 23:32

Koronavirus nəhayət ki, bu ölkəni də narahat etməyə başladı
Koronavirus epidemiyasına saymazyana münasibəti ilə seçilən yeganə ölkə kimi gündəmə düşən Belarus da, deyəsən, yavaş-yavaş bu istiqamətdə fəaliyyət göstərməyə başlayır.

Belə ki, kənd təsərrüfatı ilə bağlı tədbirlərin birində ölkə prezidenti koronavirusdan danışıb.

Bu barədə “Sputnik” xəbər yayıb.

Bildirilir ki, Aleksandr Lukaşenko təhsil naziri ilə müşavirədən sonra tətil müddətini bir həftə uzatmaq qərarına gəldiyini deyib.

Bundan başqa, biznesə dəstək üçün təkliflər hazırlanmasını tapşırıb. Onun sözlərinə görə, “daxılı sındırmağın vaxtıdır”.

Bununla belə, hələ ki, kütləvi tədbirlərin keçirilməsi qadağan edilməyib.

Xatırladaq ki, Belarus Prezidenti Aleksandr Lukaşenko koronavirusun qarşısını almaq üçün ölkə olaraq hər hansı tədbir görməyə ehtiyac olmadığını deyib.

“Olur belə şeylər. Əsas olan təşvişə düşməməkdir!” – deyə, Lukaşenko bildirmişdi.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi