hia.az
hia.az

Səudiyyə Ərəbistanından Həcc ziyarəti ilə bağlı yeni qərar

159 dəfə baxılıb 9-04-2022, 11:06

Səudiyyə Ərəbistanından Həcc ziyarəti ilə bağlı yeni qərar


Səudiyyə Ərəbistanı hər il Həcc ziyarəti üçün icazə verilən zəvvarların sayını krallıq vətəndaşları və əcnəbilər də daxil olmaqla 1 milyon nəfərə çatdırıb.

Bu barədə Həcc və Ümrə Nazirliyinə istinadən Səudiyyə Ərəbistanının Mətbuat Agentliyi məlumat yayıb.

Məlumata görə, ziyarətə yaşı 65-dən az, tam vaksinasiya kursu keçmiş şəxslər buraxılılacaq. Zəvvarlar eyni PCR testinin neqativ nəticəsini də təqdim etməli olacaqlar.

Qeyd edək ki, fevralın 3-də Səudiyyə Ərəbistanı 2022-ci ildə Həcc ziyarətini keçirmək niyyətini təsdiqləyib. Ona hazırlığın formatı zəvvarların gəldiyi ölkələr də daxil olmaqla, yaranmış epidemioloji vəziyyətə uyğun olaraq Səudiyyə Ərəbistanı tərəfindən müəyyən edilir.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi