hia.az

Rusiyanın nəqliyyat naziri: Zelenskinin təhdidləri ilə bağlı xarici aviaşirkətlərə lazımi izahat verdik

97 dəfə baxılıb 3-09-2026, 11:22

Rusiyanın nəqliyyat naziri: Zelenskinin təhdidləri ilə bağlı xarici aviaşirkətlərə lazımi izahat verdik

Rusiya Ukrayna Prezidenti Volodimir Zelenskinin təhdidləri ilə bağlı xarici aviaşirkətlərə lazımi izahat verib.

Bunu Rusiyanın nəqliyyat naziri Andrey Nikitin bildirib.

"Həmkarlar izahat üçün müraciət etdilər və biz bütün lazımi izahatları verdik", - rusiyalı nazir deyib.

Nikitin vurğulayıb ki, Rusiyaya uçan şirkətlərin "mütləq əksəriyyəti" hakimiyyət orqanları ilə çox sıx əməkdaşlıq edir və bütün qaydalarımızı, standartlarımızı və uçuş təhlükəsizliyinə necə nəzarət etdiyimizi başa düşür.

Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın hava məkanını qapadacaqları ilə bağlı Moskvanı təhdid edib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi