hia.az

Rusiya Sumı və Zaporojyeyə zərbələr endirib, ölən və yaralananlar var

22 dəfə baxılıb 29-06-2026, 08:53

Rusiya Sumı və Zaporojyeyə zərbələr endirib, ölən və yaralananlar var

Rusiya Ukraynanın Sumı və Zaporojye vilayətlərinə hücum edib, 6 nəfər ölüb, daha 37 nəfər xəsarət alıb.

Bu barədə Ukrayna Milli Polisi və Zaporojye Vilayət Hərbi Administrasiyasının rəhbəri İvan Fyodorov məlumat verib.

Milli Polisin məlumatına görə, Sumı vilayətində Rusiya hücumları nəticəsində 2 nəfər ölüb, daha 9 nəfər yaralanıb.

İ.Fyodorov bildirib ki, Rusiya qoşunları bir sutka ərzində Zaporojye vilayətinin 45 yaşayış məntəqəsinə 973 zərbə endirib. Zaporojyedə, eləcə də Zaporojye və Poloq rayonlarında hücumlar nəticəsində 4 nəfər həlak olub, daha 28 nəfər isə yaralanıb.

Bundan əlavə, vilayət rəhbərliyinin məlumatına görə, yaşayış evlərinin, avtomobillərin və infrastruktur obyektlərinin zərər gördyünə dair 249 məlumat daxil olub.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi