hia.az

İsrail ordusu Livanı bombalamağa davam edir, daha 16 nəfər ölüb

26 dəfə baxılıb 20-06-2026, 14:01

İsrail ordusu Livanı bombalamağa davam edir, daha 16 nəfər ölüb


İsrail ordusunun Livanın cənubunda Nəbatiyyə bölgəsinə davam edən zərbələri nəticəsində azı 16 nəfər ölüb, daha 12 nəfər yaralanıb.

Bu barədə Livanın Mülki Müdafiə Xidməti məlumat yayıb.

Qurumun açıqlamasında bildirilir ki, xilasedicilər səhər saatlarından etibarən “bölgəni hədəf alan davamlı hücumlara” cavab olaraq fəaliyyət göstərir və yaralılarla ölənlərin xəstəxanalara çatdırılmasını təmin edir.

Bu, İsrail və “Hizbullah” arasında atəşkəs elan edilməsindən bir gün sonra baş verib.

Qeyd edək ki, dünən İsrailin Livana zərbələri nəticəsində 47 nəfər ölüb.

İsrail Müdafiə Qüvvələri bildirib ki, gecə saatlarında İranın dəstəklədiyi “Hizbullah” Cənubi Livandakı İsrail hərbçilərinə qarşı 50-dən çox mərmi və raket atıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi