hia.az

“Politico”: Aİ Rusiyanı terrorizmin maliyyələşdirilməsi üzrə “qara siyahı”ya salacaq

46 dəfə baxılıb 3-12-2025, 17:19

“Politico”: Aİ Rusiyanı terrorizmin maliyyələşdirilməsi üzrə “qara siyahı”ya salacaq

Avropa İttifaqı Rusiyanı “çirkli pulların yuyulması” və terrorizmin maliyyələşdirilməsi üzrə yüksək riskli ölkələr üçün nəzərdə tutulan “qara siyahıya” əlavə edəcək.

Bu barədə “Politico” məlumat yayıb.

Nəşrin yazdığına görə, FATF – Pul Yuyulmasına qarşı Maliyyə Tədbirləri üzrə İşçi Qrupu Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı təcavüzündən sonra onun üzvlüyünü dayandırsa da, Ukrayna hökumətinin təqdim etdiyi sübutlara baxmayaraq, Rusiyanı “qara siyahıya” əlavə etməyib.Buna səbəb Braziliya, Hindistan, Çin və Cənubi Afrika Respublikası daxil olmaqla, BRICS ölkələrinin müqaviməti olub.

Hazırda Avropa İttifaqı Rusiyanın Aİ maliyyə xidmətlərinə çıxışını ciddi şəkildə məhdudlaşdıran geniş sanksiyalar paketinə malikdir.

Rusiyanın “qara siyahı”ya salınması maliyyə qurumlarını bütün əməliyyatlar üzrə təkmilləşdirilmiş yoxlama tədbirləri tətbiq etməyə məcbur edəcək.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi