hia.az

İtaliyanın 75-ə yaxın şəhərini etiraz aksiyaları bürüyüb

90 dəfə baxılıb 22-09-2025, 16:48

İtaliyanın 75-ə yaxın şəhərini etiraz aksiyaları bürüyüb

İtaliyanın 75-dən çox şəhərində Unione Sindacale di Base (USB) həmkarlar ittifaqının Qəzza əhalisi ilə həmrəylik naminə təşkil etdiyi etiraz aksiyaları keçirilir.

Bu barədə İtaliya mediası xəbər verir.

Etirazlarda dəmir yolu, metro, yerüstü nəqliyyat işçiləri, fəhlələr və tələbələr iştirak edirlər. Romada etiraz təşəbbüslərinə taksi sürücüləri də qoşulublar.

Romanın mərkəzində keçirilən etirazlarda təxminən 20 min nəfər iştirak edir.

Etirazlar Genuya və Triest limanlarında keçirilir. Bundan başqa, etirazçılar Ravenna limanında İsrailə iki konteynerin göndərilməsinə mane olublar.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi