hia.az
hia.az

Saakaşvili Odessada fövqəladə vəziyyət elan edib

545 dəfə baxılıb 13-10-2016, 17:15

Saakaşvili Odessada fövqəladə vəziyyət elan edibOdessa vilayətinin qubernatoru Mixeil Saakaşvili qasırğa səbəbiylə regionda fövqəladə vəziyyət elan edib.

parlamentinsesi.az Report-a istinadən xəbər verir ki, o, bu barədə “Facebook”dakı səhifəsində yazıb.

“Güclü külək səbəbindən ağacların və elektrik xətlərinin qırılması üç nəfərin, o cümlədən 11 yaşlı uşağın ölümünə səbəb olub. 100-dən çox yaşayış məntəqəsi elektrik enerjisiz qalıb. Vilayət administrasiyası yanında fövqəladə vəziyyət üzrə qərargah fəaliyyət göstərir.

Məktəblərdə dərsləri ləğv etməyi, təbii fəlakətin təsir etdiyi bütün rayonlardakı dövlət müəssisələrində işə gəlişi məhdudlaşdırmağı tövsiyə edirik. Yalnız fövqəladə hallar üzrə xidmətin əməkdaşları və rayonların həyat fəaliyyətini təmin edən vətəndaşların işləməsi məsləhətdir”, - M.Saakaşvili yazıb.

O, həmçinin küləyin sürəti aşağı düşənə qədər vətəndaşları evdən çıxmamağa çağırıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi