hia.az
hia.az

İran, Çin və Rusiya BMT-ni Tehrana qarşı sanksiyaları bərpa etməməyə çağırıb

5 dəfə baxılıb 1-09-2025, 17:29

İran, Çin və Rusiya BMT-ni Tehrana qarşı sanksiyaları bərpa etməməyə çağırıb


İran, Çin və Rusiya xarici işlər nazirləri BMT Baş katibi Antoniu Quterreşə məktub göndərərək Təhlükəsizlik Şurasını Böyük Britaniya, Almaniya və Fransanın İran əleyhinə sanksiyaları bərpa etmək təşəbbüsünü rədd etməyə çağırıb.

İran, Çin və Rusiya üç Avropa ölkəsini Tehrana qarşı dağıdıcı mövqedən imtina etməyə və Təhlükəsizlik Şurasındakı fikir ayrılıqlarını daha da dərinləşdirəcək hərəkətlərdən çəkinməyə çağırıblar.

Məktubda bildirilir ki, “Avropa üçlüyü”nün Təhlükəsizlik Şurasındakı fəaliyyəti 2015-ci ildə İranla nüvə sazişi üzrə qəbul edilmiş 2231 saylı qətnaməyə ziddir və “snapback” mexanizminin aktivləşdirilməsi Təhlükəsizlik Şurasının sui-istifadəsi və üzvlərinin aldadılması cəhdi kimi qiymətləndirilir.

Qeyd edək ki, avqustun 28-də Böyük Britaniya, Almaniya və Fransa “snapback” mexanizminin işə salınmasına təşəbbüs göstərib. Onlar 30 gün ərzində İranın nüvə proqramı üzrə danışıqları davam etdirməyə və 18 oktyabrda müddəti bitəcək 2231 saylı qətnamənin sanksiyaların götürülməsini nəzərdə tutan müddətinin uzadılması üçün hazır olduqlarını bildiriblər.(Apa)


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi