hia.az

Ukraynanın XİN başçısı: Əsas məqsəd müharibəni bu il başa çatdırmaqdır

67 dəfə baxılıb 1-08-2025, 17:33

Ukraynanın XİN başçısı: Əsas məqsəd müharibəni bu il başa çatdırmaqdır

“Əsas məqsəd müharibəni bu il başa çatdırmaqdır”.

Bunu “yle” portalına müsahibəsində Ukraynanın xarici işlər naziri Andrey Sibiha deyib.

O bildirib ki, Rusiya tərəfinin başladığı savaşa görə məsuliyyəti həm də rus xalqı daşıyır:

“Bu müharibənin məsuliyyəti həm də törədilən cinayətlərə göz yumanların üzərindədir. Rusiya terroruna və ukraynalıların qətlinə sevinən insanların Avropanı azad şəkildə gəzməsi normal deyil”.

Ukraynalı nazir ABŞ Prezidenti Donald Trampın Rusiya da daxil olmaqla, bu ölkədən neft alan dövlətlərə qarşı sanksiyaların tətbiq ediləcəyi barədə xəbərdarlığını alqışlayıb: “Donald Tramp Rusiya Prezidentinin ehtiyat etdiyi yeganə insandır. Onu da deyim ki, Rusiyaya tətbiq olunan sanksiyalar sülhü daha da yaxınlaşdırır. Hazırda bütün ölkələr Ağ Ev rəhbərinin öz vədini yerinə yetirməsini gözləyir”.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi