hia.az
hia.az

Britaniya Ermənistana yeni səfir təyin edib

55 dəfə baxılıb 15-07-2025, 15:23

Britaniya Ermənistana yeni səfir təyin edib

Böyük Britaniya Ermənistana yeni səfir təyin edib.

Bu barədə erməni KİV-ləri Birləşmiş Krallıq hökumətinin bəyanatına istinadən məlumat yayıb.

Bildirilib ki, 2020-ci ildən İrəvandakı səfir Con Qallaheri vəzifəsində Aleksandra Koul əvəz edəcək.

Səfir 2025-ci ilin sentyabrında vəzifəsinin icrasına başlayacaq.

Daha əvvəl A.Koul Gürcüstanda, daha sonra isə Qətərdə missiya rəhbərinin müavini vəzifəsində çalışıb. Yeni təyinatından əvvəl Yaxın Şərq və Şimali Afrika regionunda fövqəladə hallar üzrə fəaliyyət planlaşdırması şöbəsinə rəhbərlik edib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi