hia.az
hia.az

Norveç Aİ-dən sonra Rusiyanın iki şirkətinə sanksiyalar tətbiq edəcək

51 dəfə baxılıb 8-07-2025, 12:00


Norveç hökuməti Rusiyanın Avropa İttifaqının (Aİ) sanksiya siyahılarına daxil edilmiş "Norebo" və "Murman Sifud" ASC balıqçılıq şirkətlərinə qarşı sanksiyaların tətbiqini planlaşdırır.

Bu barədə hökumətin Mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, hakimiyyət bu şirkətləri Norveçin maraqlarını təhdid edən kəşfiyyat fəaliyyətində iştirakda ittiham edir. Sanksiyalar aktivlərin dondurulmasını və Norveç vətəndaşlarının bu təşkilatlara pul köçürməsini qadağan etməyi nəzərdə tutur.

Şirkətin gəmiləri də Norveç limanlarına və sularına giriş imkanlarını itirəcək. Nazirlər Kabineti təsdiqlənmiş sanksiya siyahılarının hökumətin və Ədliyyə Nazirliyinin saytlarında ən qısa müddətdə yayımlanacağını vurğulayıb.

Xatırladaq ki, Aİ "Norebo" və "Murman Sifud"u mayın 17-də Rusiyaya qarşı sanksiyaların 20-ci paketinə daxil edib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi