hia.az

KİV: Avropaya ABŞ-dən hərbi muxtariyyət əldə etmək üçün 10 il lazımdır

67 dəfə baxılıb 26-02-2025, 08:49

KİV: Avropaya ABŞ-dən hərbi muxtariyyət əldə etmək üçün 10 il lazımdır

Avropa ölkələrinə döyüşə hazır silahlı qüvvələr və ABŞ-dən asılı olmayacaq güclü hərbi-sənaye kompleksi formalaşdırmaq üçün təxminən 10 il vaxt lazımdır.

Bu barədə Britaniyanın “The Economist” jurnalı məlumat yayıb.

Nəşr qeyd edib ki, bu gün bəzi Avropa ölkələri üçün hətta bir döyüşə hazır briqada yaratmaq çətin olardı, halbuki Rusiya-Ukrayna müharibəsində hər iki tərəfdən təxminən 230 belə bölmə iştirak edir. Avropanın “Bruegel” analitik mərkəzinin hesablamalarına görə, müharibə vəziyyətində qitədə yerləşdirilə biləcək ABŞ-nin 300 min hərbi qulluqçusunu əvəz etmək üçün Avropa 50 yeni briqada yaratmalı olacaq.

Bundan əlavə, Londonda yerləşən “Royal United Services Institute for Defense and Security Studies”in (RUSI) ekspertləri hesab edirlər ki, Avropa məlumat toplama, müşahidə, hədəf aşkarlama və kəşfiyyat sistemləri baxımından demək olar, tamamilə ABŞ-dən asılıdır.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi