hia.az
hia.az

Kabildə terror aktı baş verib, ölən və yaralananlar var - YENİLƏNİB

81 dəfə baxılıb 13-02-2025, 12:47

Kabildə terror aktı baş verib, ölən və yaralananlar var - YENİLƏNİB


Əfqanıstanın paytaxtı Kabil şəhərində Şəhərsalma və Mənzil Tikintisi Nazirliyinin binası qarşısında terrorçu-kamikadze partlayış törədib, bir nəfər ölüb, üç nəfər yaralanıb.

Bu barədə “TOLO News” telekanalına nazirliyin nümayəndəsi Məhəmməd Kamal Əfqan məlumat verib.

O, partlayış faktını təsdiqləyib və qeyd edib ki, hadisə "terrorçunun darvaza qarşısında mühafizəçilər tərəfindən zərərsizləşdirilməsindən" sonra baş verib.

***

Əfqanıstanın Şəhərsalma və Mənzil Tikintisi Nazirliyinin binası qarşısında terrorçu-kamikadze tərəfindən partlayış törədilib.

Bu barədə TASS-a ölkənin Daxili İşlər Nazirliyinin nümayəndəsi Abdul Matin Kaneh bildirib.

Qurbanlar barədə hələlik məlumat yoxdur.

Nümayəndənin “TOLO News” telekanalına verdiyi məlumata görə, terrorçu binaya girməyə cəhd göstərsə də, təhlükəsizlik xidmətinin əməkdaşları buna imkan verməyib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi