hia.az
hia.az

Baş Assambleya BMT-nin yeni baş katibinin təyinatı məsələsinə baxacaq

512 dəfə baxılıb 12-10-2016, 17:08

Baş Assambleya BMT-nin yeni baş katibinin təyinatı məsələsinə baxacaqBaş Assambleyanın 71-ci sessiyasının nümayəndələri sabah BMT-nin yeni baş katibinin təyinatı məsələsinə baxacaq.

parlamentinsesi.az Report-a istinadən xəbər verir ki, bu barədə BMT-nin mətbuat xidməti məlumat yayıb.

Ötən həftə Təhlükəsizlik Şurası Assambleyaya 1 yanvar 2017-ci il tarixdən 31 dekabr 2021-ci ilə qədər bu vəzifəyə Portuqaliyadan olan Antoniu Qutyerreşi təyin etməyi məsləhət görüb.

Koreya Respublikasından olan Pan Gi Mun BMT-nin səkkizinci baş katibidir.

BMT-nin Nizamnaməsinə əsasən, baş katib təşkilatın baş inzibati vəzifə sahibidir. O, Təhlükəsizlik Şurasının təqdimatı əsasında Baş Assambleya tərəfindən təyin edilir.

Xatırladaq ki, A.Qutyerreş 2015-ci ilin iyun-dekabr aylarında BMT-nin Qaçqınlarla iş üzrə Ali Komissarı kimi fəaliyyət göstərib.

A.Qutyerreş bu vəzifəyə təyin olunacağı halda, BMT-nin bütün sistemlərinin fəaliyyətində ahəngə nail olmağa, üç əsas sahənin hamısında - sülh, inkişaf və insan hüquqları sahəsində yaranmış problemlərin öhdəsindən gəlməyə yardım edəcək strategiya tapmağa çalışacağına söz verib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi