hia.az
hia.az

İranda Nobel Sülh mükafatçısı prezident seçkisini boykot edib

15 dəfə baxılıb 22-06-2024, 14:24

İranda Nobel Sülh mükafatçısı prezident seçkisini boykot edib


İranda tanınmış hüquq müdafiəçisi və jurnalist, məhbus Nobel sülh mükafatı laureatı, güney azərbaycanlı Nərgiz Məhəmmədi iyunun 28-də keçiriləcək prezident seçkisində iştirak etməyəcək.

İranda Evin həbsxanada saxlanılan Nərgiz Məhəmmədi bildirib ki, seçkini boykot edir.

Xatırladaq ki, iyunun 21-də onun cəzası daha bir il uzadılıb.

Qeyd edək ki, Nərgiz Məhəmmədi 1972-ci il aprelin 21-də Güney Azərbaycanın Zəncan şəhərində anadan olub. Tanınmış jurnalist və hüquq müdafiəçisi, Azərbaycan türküdür. İranda bir sıra KİV-də işləyib.

Ötən ilin sentyabrında İranda başlayan etiraz aksiyalarına ilk qoşulanlardan və fəal iştirakçılarından olub. O, 16 il müddətinə azadlıqdan məhrum edilib.

Nərgiz Məhəmmədiyə 2022-ci il üzrə "Sərhədsiz Reportyorlar" təşkilatının “Cəsarət Mükafatı” verilib. 2023-cü ilin yanvarında Olof Palme mükafatına layiq görülüb, bundan başqa, Nobel Sülh Mükafatına namizədliyi irəli sürülüb.

2023-cü il mayın 3-də İranda məhbus jurnalistlər - Nərgiz Məhəmmədi, Nilufər Həmidi və İlahə Məhəmmədi BMT-nin Təhsil, Elm və Mədəniyyət məsələləri üzrə Təşkilatının (UNESCO) Gilyermo Kano adına Dünya Mətbuat Azadlığı Mükafatına layiq görülüblər.

Nərgiz Məhəmmədi 2003-cü ildə Nobel Sülh mükafatına layiq görülmüş, Güney Azərbaycan türkü Şirin İbadinin yaxın silahdaşıdır. O, 2023-cü il üzrə Nobel Sülh mükafatına layiq görülüb. (İraninternational)


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    İyul 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi