hia.az
hia.az

Rusiya əsgərləri 9 nəfərlik ailəni qətlə yetirib, 2-si uşaqdır - Əminə Cabbar

78 dəfə baxılıb 31-10-2023, 08:45

Rusiya əsgərləri 9 nəfərlik ailəni qətlə yetirib, 2-si uşaqdır - Əminə Cabbar

"Ukraynanın işğal olunmuş Volnovaxa yaşayış məntəqəsində Rusiya əsgərləri 2-si uşaq olmaqla, 9 nəfərdən ibarət ailəni qətlə yetirib".

Bunu Ukrayna xarici işlər nazirinin müavini Əminə Cabbar X-də yazıb.

"Müvəqqəti işğal edilmiş Ukrayna ərazilərində dinc sakinlərə qarşı terror davam edir. Ukrayna vətəndaşlarının Rusiya işğalçıları qarşısında tamamilə gücsüz olduğu yerlərdə gerçək cəhənnəm yaşanır", - deyə o qeyd edib.

Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi