hia.az
hia.az

Zığ və Masazırda sürüşmə, Qaraçuxurda isə çökmələr baş verib

576 dəfə baxılıb 5-10-2016, 11:04

Zığ və Masazırda sürüşmə, Qaraçuxurda isə çökmələr baş verib“Zığ-1 sürüşmə sahəsində prosesin dinamikasında aktivlik qeydə alınıb”.

parlamentinsesi.az xəbər verir ki, bunu APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

O bildirib ki, Qaraçuxur sürüşmə sahəsində lokal çökmələr baş verib: “Eyni zamanda, Masazır sürüşmə sahəsində atmosfer çöküntülərinin təsirindən prosesin dinamikasında aktivlik müşahidə olunub”.

Ə.Qaralov qeyd edib ki, Bayıl sürüşmə sahəsində monitorinq işləri davam etdirilib, ay ərzində prosesin dinamikasında aktivlik qeydə alınmayıb:

“Badamdar sürüşmə sahəsinə istinad divarlarında yerləşdirilmiş mayaklarda çatlar və deformasiyalar müşahidə edilməyib. Əhmədli-1, Əhmədli-2, Əhmədli-Günəşli arası sürüşmə sahələrində aktivlik müşahidə edilməyib”.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi