hia.az
hia.az

Naxçıvanda hərbi təlimlər başlayıb

613 dəfə baxılıb 3-10-2016, 15:48

Naxçıvanda hərbi təlimlər başlayıbAzərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən, oktyabrın 3-dən Naxçıvan Muxtar Respublikası ərazisində komanda-qərargah təlimləri başlayıb.

parlamentinsesi.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Təlimlərə Əlahiddə Ümumqoşun Ordusunun tabeliyində olan hərbi hissələr, idarə heyətləri və qərargahlar cəlb olunub.

Əldə edilmiş təcrübəyə əsaslanaraq təlimlərdə iştirak edən hərbi hissə və birləşmələr əməliyyatların əsas növlərinin keçirilməsi ilə Naxçıvan ərazisinin müdafiəsi, ümumilikdə ərazimizə qarşı düşmənin təhdidləri və təcavüzkar fəallığının qarşısının alınması məqsədilə qabaqlayıcı tədbirlərin görülməsi üzrə tapşırıqlar yerinə yetirəcəklər.

Eyni zamanda bölmələr silahlanmalarında olan yeni və müasir raket-artilleriya sistemləri, aviasiya vasitələri, digər silah və döyüş texnikasının tətbiqi ilə qarşı tərəfin müdafiəsinin dərinliyindəki hərbi-strateji obyektlərin məhv edilməsi tapşırıqlarını da icra edəcəklər.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi