hia.az

Kərim Vəliyev MDB iştirakçı dövlətləri Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin iclasına qatılıb

10 dəfə baxılıb 18-06-2026, 16:47

Kərim Vəliyev MDB iştirakçı dövlətləri Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin iclasına qatılıb

Qazaxıstanda işgüzar səfərdə olan Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev iyunun 18-də Astana şəhərində keçirilən Müstəqil Dövlətlər Birliyi (MDB) iştirakçı dövlətlərinin Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin növbəti iclasında iştirak edib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, komitənin növbəti iclasında MDB məkanında hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, sülhün və təhlükəsizliyin təmin olunması, habelə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında ətraflı fikir mübadkiləsi aparılıb.

İclasda çıxış edən Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bərpa edildikdən sonra Cənubi Qafqazda yaranan hərbi-siyasi vəziyyət və tarixi ədalətə əsaslanan yeni reallıq, habelə Avrasiya təhlükəsizliyi haqqında danışıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi