hia.az

Azərbaycanda örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi qaydaları dəyişib

68 dəfə baxılıb 15-04-2025, 09:26

Azərbaycanda örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi qaydaları dəyişib

Nazirlər Kabineti “Torpaq Məcəlləsi ilə bağlı bəzi normativ hüquqi aktlar haqqında” 15 mart 2000-ci il tarixli qərarında dəyişiklik edib.

Bununla bağlı Baş nazir Əli Əsədov yen qərar imzalayıb.

Qərara əsasən, “Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi Qaydaları” dəyişib. Bundan sonra yay və qış otlaqlarının, örüş və biçənək sahələrinin məqsədli təyinatının dəyişdirilməsi ölkə Prezidentinin 28 sentyabr 2024-cü il tarixli fərmanı ilə təsdiq edilmiş “Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları”na əsasən Nazirlər Kabinetinin Qərarı ilə həyata keçiriləcək.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi