hia.az
hia.az

Azercell şəbəkəsi Ağdərə və Xocalının əhatə dairəsində...

123 dəfə baxılıb 30-09-2023, 07:58

Azercell şəbəkəsi Ağdərə və Xocalının əhatə dairəsində...


Mobil operator işğaldan azad olunmuş ərazilərimizdə baza stansiyalarını quraşdırmağa davam edir.

"Unikal" xəbər verir ki, ordumuzun ardınca bütün cəbhə boyu irəliləyərək, işğaldan azad olunmuş ərazilərdə ilk mobil infrastrukturu quran “Azercell Telekom” MMC Ağdərə və Xocalıda baza stansiyalarını işə saldı. Azercell komandası qürur hissi ilə bildirir ki, indi Ağdərə və Xocalıda da Azercell şəbəkəsi fəaliyyət göstərir.

Xatırladaq ki, Azercell-in bu ərazilərdə quraşdırdığı radio baza stansiyaları LTE texnologiyasına aiddir. Məlumat üçün bildirək ki, hazırda Qarabağda Azercell-in 100-dən çox baza stansiyası fəaliyyət göstərərək Şuşa, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Kəlbəcər rayonlarını, İstisu, Hadrut, Suqovuşan qəsəbələrini, həmçinin Xocavənd və digər rayonların kəndlərini öz şəbəkəsi ilə əhatə edir. Təkcə Laçın rayonunda mobil operator 15-dən çox baza stansiyası quraşdıraraq artıq rayonun Zabux, Sus və digər kəndlərində də mobil rabitə xidmətləri göstərir.

Azercell-in əsas məqsədlərindən biri işğaldan azad olunmuş ərazilərdə ilə yeni nəsil şəbəkənin genişləndirilməsini sürətləndirmək və bu ərazilərə qayıdacaq əhalini mobil internet və qabaqcıl kommunikasiya xidmətləri ilə təmin etməkdir.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi