hia.az

Hikmət Hacıyev: Rəsmi Bakı sanksiyalar məsələsində ayıq-sayıqdır

22 dəfə baxılıb 1-12-2025, 11:33

Hikmət Hacıyev: Rəsmi Bakı sanksiyalar məsələsində ayıq-sayıqdır

 
Azərbaycan 2022-ci ildən bəri humanitar yardım, yenidənqurma işlərində iştirak, ukraynalı uşaqların reabilitasiyası da daxil olmaqla, Ukraynaya 40 milyon dollardan çox dəstək göstərib.

Bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Brüsseldə “EU Today"ə müsahibəsində bildirib.

Onun sözlərinə görə, ukraynalı uşaqların reabilitasiya proqramı davam edir.

Hikmət Hacıyev Azərbaycanın Ukrayna münaqişəsinin hərbi komponentində iştirak etmədiyini və gələcəkdə də etməyəcəyini vurğulayıb.

Hikmət Hacıyev sanksiyalar məsələsində rəsmi Bakının ayıq-sayıq olduğunu bildirib və Azərbaycanın Rusiyaya sanksiyalardan yayınmağa kömək etməsi ilə bağlı iddiaları təkzib edib.

Hikmət Hacıyev əlavə edib ki, Azərbaycan və Rusiya arasında ticarət həcmi də 2022-ci ildən bəri ciddi şəkildə artmayıb.

Hikmət Hacıyev Ermənistanın Rusiya ilə ticarət həcminin artmasına diqqət çəkib və bu ticarətin yeni sənayə məhsullarına əsaslanmadığını və “yenidən ixrac edilmə” olduğunu vurğulayıb.

“Ermənistan “Mercedes” və ya “Apple” istehsal etmək qabiliyyətində deyil”, - Prezidentin köməkçisi qeyd edib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi