hia.az

Naxçıvan və İstanbul universitetləri arasında ikili diplom müqavilələri imzalanıb

53 dəfə baxılıb 19-06-2025, 08:38

Naxçıvan və İstanbul universitetləri arasında ikili diplom müqavilələri imzalanıb

Naxçıvan Dövlət Universiteti (NDU) ilə İstanbul Universiteti arasında ikili diplom müqavilələri imzalanıb

İstanbulda Naxçıvan Dövlət Universiteti ilə İstanbul Universiteti arasında iki ixtisas üzrə ikili diplom layihəsinin imzalanma mərasimi olub.

İkili diplom müqavilələri NDU-nun rektoru Elbrus İsayev və İstanbul Universitetinin rektoru Osman Bülent Zülfikar tərəfindən imzalanıb.

Tərəflər arasında ikili diplom layihəsi üzrə əməkdaşlıq magistratura səviyyəsində “Türk dünyası tarixi” və “Strateji idarəetmə” ixtisaslarını əhatə edəcək. İki ixtisas üzrə mütəxəssislərin hazırlanmasını hədəfləyən yeni əməkdaşlıq dövlət proqramı çərçivəsində həyata keçirilib.

Yeni ixtisaslarda təhsil alacaq tələbələr bir il NDU-da, bir il isə İstanbul Universitetində oxuyacaqlar.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi