hia.az
hia.az

İtaətsizliyin cəzası ölümdür

545 dəfə baxılıb 7-10-2016, 15:08

İtaətsizliyin cəzası ölümdürYaxın qohumları tərəfindən qətlə yetirilən pakistanlı qızların hekayələri...

Yaxın qohumları tərəfindən qətlə yetirilən pakistanlı qızların hekayələri...

Pakistanlı Mabin Racu doğma bacısını qətlə yetirdiyini etiraf edib. O, cinayəti bilərəkdən “ailənin namusunu təmizləmək üçün” törədib. M.Racunun fikrincə, 18 yaşlı qızın qətli vəziyyətdən yeganə çıxış idi, çünki o, xristiana ərə gedib.

Racu bacısına əziyyət verməyib, dəqiq atəş açıb.

“Mənim başqa çıxış yolum yox idi”, - Mabin Racu bildirib.

Ailə üzvləri gəncin hərəkətinə bəraət qazandırıblar.

“Namus üstündə qətllər”in sayı Pakistanda ildən-ilə artır. Əgər 2013-cü ildə 869 nəfər ənənələrin qurbanı olmuşdusa, 2015-ci ildə bu qurbanların sayı artıq 1184 nəfərə çatıb. Hər dəfə də səbəb eynidir.



Həsən Xan Lahor şəhərindəndir, diri-diri yandırılan arvadı Zinət Rafiqin şəklini göstərir. Bu cinayəti qızın anası törədib. Qız Həsənə valideynlərinin razılığı olmadan ərə gedib. Anası öz qızının üzərinə kerosin tökərək yandırıb.




Model Kandil Baloçun şəklini bacısı göstərir. Kandil ərindən ayrılıb, özünü model karyerasına həsr edib. Lakin qızı qardaşı tapıb və “ailəni rüsvay olmaması üçün” güllələyib.



21 yaşlı Sonya Bibi qohumlarının seçdiyi namizəd ilə ailə həaytı qurmaq istəmirdi. Multan xəstəxanasında onu çoxsaylı yanıqlardan xilas etməyə çalışsalar da, həkimlər buna müvəffəq olmayıblar.



Pakistanlı jurnalist mobil telefonunda Samiya Şahidin şəklini açıb. O, Böyük Birtaniyada əri ilə bərabər yaşayırdı. Vətənə qayıtdıqdan sonra onun atası keçmiş əri tərəfindən zorlanmasını və qətlini təşkil edib.



2015-ci ildə minlərlə qadın Pakistanda “namus üstündə qətl”in qurbanı olub. Əksər hallarda qətlləri qardaş və ya valideynlər törədirlər. Burevala şəhərinin sakini arvadı Müqəddəsdən danışır, qadın öz anasının əli ilə qətlə yetirilib.




17 yaşlı Təslim Solanqini Karaçi şəhərində qətlə yetiriblər. Qızın şəklini anası göstərir. Qızı itlərin parçalaması üçün atıblar, daha sonra atasının gözü qabağında güllələyiblər.



28 yaşlı Səmiə Lahor şəhərində təcili yardım avtomobilində dünyasını dəyişib. İki uşağı olan qadın onu döyən ərindən boşanmaq istəyib. Anası ona yardım etməyə söz versə də, ailənin namusunu təmizləmək üçün qızının qətlini sifariş verib.



Həkim Karaçi şəhərində xəstəxanada 14 yaşlı Nur Cahanı müayinə edir. Qız təklif olunan adama ərə getmədiyi üçün qohumları tərəfindən güllələnib. Lakin yaralarına baxmayaraq, o, sağ qalıb.

2015-ci ildə Pakistanda bir gündə üç “namus üstündə” qətl törədilib. Ümumilikdə 1096 qadın və 88 kişi öldürülüb. Amma çoxları bu cinayətlər haqqında danışmamağa üstünlük verir, qatillər isə azad yaşamağa davam edir.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi