hia.az

Azərbaycanla Özbəkistan arasında geoloji kəşfiyyat üzrə birgə müəssisə yaradılır

5 dəfə baxılıb Bu gün, 18:13

Azərbaycanla Özbəkistan arasında geoloji kəşfiyyat üzrə birgə müəssisə yaradılır


17 iyul 2026-cı il tarixində Azərbaycan Republikasının iqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyəti Özbəkistana işgüzar səfər edib.

Səfər çərçivəsində Mikayıl Cabbarov Özbəkistanın investisiyalar, sənaye və ticarət naziri Laziz Kudratovla birlikdə Azərbaycan ilə Özbəkistan arasında əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 15-ci iclasında iştirak edib.

İclas zaman hər iki ölkənin dövlət başçıları tərəfindən müəyyənləşdirilmiş hədəflərə uyğun olaraq ticarət-investisiya tərəfdaşlığın dərinləşdirilməsi, Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında yeni istehsal və dəyər zəncirlərinin formalaşdırılması, Orta Dəhliz çərçivəsində nəqliyyat-logistika əlaqələrinin inkişafı, həmçinin investisiya əməkdaşlığının genişləndirilməsi ilə bağlı fikirlər bölüşülüb.

İclasın yekununda iqtisadi-ticarət, enerji, nəqliyyat, kənd təsərrüfatı, ərzaq təhlükəsizliyi, səhiyyə, ətraf mühitin mühafizəsi və digər prioritet istiqamətlər üzrə tərəfdaşlığın gücləndirilməsini nəzərdə tutan protokol, həmçinin “AzerGold” QSC, “Uzbekgeologorazvedka” SC və Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin birgə iştirakı ilə geoloji kəşfiyyat işlərinin aparılması məqsədilə üçtərəfli birgə müəssisənin yaradılması ilə bağlı Şərtlər Toplusu imzalanıb.

Şərtlər Toplusu “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov, Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin icraçı direktoru Nazim Hacıyev və “Uzbekgeologorazvedka” SC-nin İdarə Heyətinin sədri Şəmsiddin Alimov tərəfindən imzalanıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi