hia.az
hia.az

Nuriyyə Əhmədovanın vəfatından bir il ötür

516 dəfə baxılıb 11-10-2016, 15:48

Nuriyyə Əhmədovanın vəfatından bir il ötürBu gün Xalq artisti Nuriyyə Əhmədovanın ölümündən bir il ötür.

parlamentinsesi.az xəbər verir ki, N.Əhmədova 1950-ci il 26 dekabrda anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunda aktyorluq fakültəsində təhsil alıb (1970-1974). İlk əmək fəaliyyətinə 1968-ci ildə Musiqili Komediya Teatrında başlayıb. Kinoya ilk gəlişi 1982-ci ildə “Mozalan” süjetlərində çəkildikdən sonra olub.

2007-ci ildə Azərbaycanın Xalq artisti fəxri adına layiq görülüb.

İki övladı olub: ilk övladı olan qızı İlahə 20 yaşında (1976-1996) qətlə yetirilmiş, ikinci övladı olan oğlu Əli isə 37 yaşında (1977-2014) xərçəng xəstəliyindən vəfat etmişdi. Qız övladından 1996-cı il təvəllüdlü Faiq İbadzadə adlı nəvəsi var.

Nuriyyə Əhmədova 10 oktyabr 2015-ci ildə kəskin ürək tutmasından Bakıda vəfat edib. Vəsiyyətinə əsasən, Şüvəlan qəbiristanlığında oğlunun və qızının məzarlarının yanında dəfn olunub.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi