hia.az
hia.az

Əhali kasıblayır: Çıxış yolu maaş və pensiya artımıdır, ancaq... - NƏ ETMƏLİ?

16 dəfə baxılıb 15-08-2022, 08:57

Əhali kasıblayır: Çıxış yolu maaş və pensiya artımıdır, ancaq... - NƏ ETMƏLİ?


Azərbaycanda 12 aylıq inflyasiya 20,3%, əhalisinin gəlirlərinin artım tempi isə 20% təşkil edib.

Bununla da inflyasiya əhalinin artan gəlirlərini tamamilə silib.

Belə ki, Dövlət Statistika Komitəsinin aylıq hesabatının ilkin məlumatlara görə, 2022-ci ilin yanvar-iyul aylarında ölkə əhalisinin gəlirləri əvvəlki ilin eyni dövrünə nisbətən nominal ifadədə 20% artaraq 38 milyard 797,2 milyon manata çatıb.

Həmçinin, 2022-ci ilin yanvar-iyul aylarında istehlak qiymətlərindəki inflyasiya ötən ilin müvafiq dövrü ilə müqayisədə 13 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 18,7 faiz, qeyri-ərzaq malları üzrə 7 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər üzrə 10,1 faiz artıb.

Cari ilin iyul ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,1 faiz, əvvəlki ilin iyul ayına nisbətən 20,3 faiz artıb.

Göründüyü kimi, əhali artan inflyasiya qarşısında çətin vəziyyətlə üzləşir. Bunun qarşısını alınmaq üçün hansı addımlar atılmalıdır? Mövzu ilə bağlı Cebhe.info-ya açıqlama verən iqtisadçı-ekspert Xalid Kərimli bildirib ki, hazırda inflyasiya yüksəkdir:

"İnflyasiya əhalinin gəlirlərinin artımını yeyir. Gəliri və maaşı artmayan bir çox özəl sektor şirkətlərinin işçiləri daha da kasıblaşırlar. Amma hər şeyi dövlətdən gözləmək də bir qədər çətindir. Çünki bazar iqtisadiyyatıdır və iqtisadiyyatın böyük hissəsi də özəl sektordur. Özəl sektorun da qiymətləri artırması elə inflyasiyanın artmasına səbəb olur. Amma özəl sektor da material qiymətləri həddindən artıq bahalaşdığı üçün çətin vəziyyətdədir. Pandemiya və Rusiya-Ukrayna müharibəsinin yaratdığı problemlərdən dünya əhalisi əziyyət çəkir. Həmçinin, bunlara görə Azərbaycan əhalisi də kasıblaşır. Yəni kim inflyasiyadan sonra gəlirlərini artıra bilməyibsə əziyyət çəkir".

Ekspert bildirib ki, hökumət daha çox əhalinin aztəminatlı təbəqəsinə dəstək verməlidir:

"Əhalinin gəlirlli az olan, sosial cəhətdən həssas təbəqəsi diqqət mərkəzində olmalıdır. Az əməkhaqqı alanların və təqaüdçülərin inflyasiyadan daha çox əziyyət çəkməməsi üçün minimum əməkhaqqın və minumum pensiya həddinə yenidən baxılmalıdır. Yəni bu məsələlərə diqqət olunmalıdır. Amma ümumi olaraq hökumətin inflyasiyanı dayandırması qeyri-mümkündür. Mənbə olmadan sadəcə neft pulu hesabına da əhalinin əməkhaqlarının artması dayanıqlı deyil. Bu da gələcəkdə ölkə üçün çətin vəziyyət yarada bilər. Azərbaycan iqtisadiyyatı dünya iqtisadiyyatına inteqrasiya olunduğu üçün dünyada yaranan çətinlikləri dərhal hiss edir".


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Sentyabr 2022    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi