hia.az
hia.az

Millət vəkili: Statistika Komitəsinin sədri bazara gedibmi, nəyin qiyməti azalıb?!

765 dəfə baxılıb 21-05-2019, 22:13

Millət vəkili: Statistika Komitəsinin sədri bazara gedibmi, nəyin qiyməti azalıb?!


Deputat Vahid Əhmədov bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında - “2018-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı sərt çıxış edib.

Parlamentinsesi.Az xəbər verir ki, millət vəkili Azərbaycanda qiymət artımının səviyyəsi ilə ilə bağlı açıqlanan statistik rəqəmlərə etiraz edib.

O, rəqəmlərin həqiqəti əks etdirmədiyini deyib:
“Büdcənin icrası ilə bağlı sənəddə göstərilir ki, Azərbaycanda istehlak bazarında qiymət azalıb. Azərbaycanda nəyin qiyməti azalıb?! Əksinə, qiymət artıb. Bilmirəm, Statistika Komitəsinin sədri bazara gedib, ya getməyib, danışanda da elə danışmaq lazımdır ki, inandırıcı olsun”.

Qeyd edək ki, Azərbaycan Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqovdur.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi