hia.az

Azərbaycanlı idmançı ermənini məğlub etdi - Video

164 dəfə baxılıb 6-12-2022, 18:03

Azərbaycanlı idmançı ermənini məğlub etdi - Video


Azərbaycan təmsilçisi Rafiz Həsənov Rusiyanın paytaxtında keçirilmiş “Moscow – Karate Universe” beynəlxalq turnirində Ermənistan karateçisi Davit Makyana 5:0 hesabı ilə qalib gəlib.

Həsənov turnirin yalnız finalında yerli idmançıya məğlub olaraq, yekunda gümüş medal qazanıb.

15 ölkədən 307 idmançının mübarizə apardığı turnirə 11 karateçi ilə qatılan Azərbaycan yığması 6 mükafat əldə edib.

Asiman Qurbanlı (84+ kq) yarışın qalibi olub. Rafiz Həsənov (-75 kq) isə ikinci yeri tutub. Roman Heydərov (kata), Əminağa Quliyev (-60 kq), Hüseyn Məmmədli (-67 kq) və Pənah Abdullayev fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

Rafiz Həsənov 24 ildir karate ilə məşğul olur. O, şotokan növü üzrə Avropa və dünya çempionudur.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi