hia.az
hia.az

“Qarabağ”ın Konfrans Liqasında 8 mümkün rəqibi bəlli oldu

92 dəfə baxılıb 4-11-2022, 12:48

“Qarabağ”ın Konfrans Liqasında 8 mümkün rəqibi bəlli oldu


“Qarabağ”ın avrokubokların pley-offundakı rəqibi noyabrın 7-də bəlli olacaq.

Çempionlar Liqasında 1/8 finalın, Avropa Liqası və Konfrans Liqasında pley-offun püşkü atılacaq.

Avropa Liqasının G qrupunda üçüncü olan Azərbaycan çempionu mübarizəni Konfrans Liqasında davam etdirəcək. Təmsilçimiz püşkatmada səpələnməmişlər səbətində olacaq.

“Qarabağ”ın mümkün rəqibləri isə Konfrans Liqasında qrup ikincisi olan 8 klubdur. Bu komandalar püşkdə səpələnmişlər olacaq.
Tədbir Bakı vaxtı ilə 17:00-da başlayacaq. “Qarabağ” bu raundda “Fiorentina” (İtaliya), “Bazel” (İsveçrə), “Dnepr-1” (Ukrayna), “Gent”, “Anderlext” (hər ikisi Belçika), ÇFR (Rumıniya), “Lex” (Polşa) və “Partizan” (Serbiya) klublarından biri ilə qarşılaşacaq.
Qeyd edək ki, pley-offun oyunları 2023-cü il fevralın 16-da və 23-də keçiriləcək. “Qarabağ” bütün səpələnmişlər kimi ilk oyuna evdə, cavab matçına səfərdə çıxacaq.

Apasport.az


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi