hia.az
hia.az

Bu gün Azərbaycan yığması Malta ilə qarşılaşacaq

242 dəfə baxılıb 25-03-2022, 13:31

Bu gün Azərbaycan yığması Malta ilə qarşılaşacaq


Bu gün futbol üzrə Azərbaycan millisi yoldaşlıq oyunu keçirəcək.

Canni De Byazinin baş məşqçi olduğu komanda səfərdə Malta yığması ilə üz-üzə gələcək.

Maltanın Ta Qali şəhərindəki Milli Stadionda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Bu, Azərbaycan yığmasının 2022-ci ildə ilk matçı olacaq. Meydan sahiblərindən Keyn Attard, Azərbaycan millisində isə Namik Ələskərov zədə səbəbindən oynamayacaq.

Qarşılaşma komandalar arasında 9-cu duel olacaq. Ümumilikdə 2 qələbə və 3 heç-heçəsi olan yığma 3 dəfə Maltaya məğlub olub. Topların nisbətində də rəqibin üstünlüyü var - 13:9.

25 mart

Yoldaşlıq oyunu

22:00. Malta - Azərbaycan.
Baş hakim: Alexandro Ernandes (İspaniya)
Malta. Ta Qali. Milli Stadion.

Qeyd edək ki, Azərbaycan yığması martın 29-da eyni arenada Latviya ilə qarşılaşacaq.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
MƏZƏNNƏ
 Valyuta məzənnəsi