hia.az

Reabilitasiya mərkəzində müalicə olan gənc faciəvi şəkildə öldü

210 dəfə baxılıb 2-02-2023, 16:55

Reabilitasiya mərkəzində müalicə olan gənc faciəvi şəkildə öldü


Abşeron rayonu, Novxanı qəsəbəsində yerləşən reabilitasiya mərkəzində müalicə alan gənc ölüb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, fevralın 1-nə keçən gecə X.Məmmədov küçəsi, 44 ünvanında yerləşən “Uğur yolu” narkotik asılılığı olan şəxslərin reabilitasiya mərkəzində müalicə alan 27 yaşlı Roma Fataxov özünü həyətdəki hovuza atıb. O, hovuzdan çıxarıldıqdan bir qədər sonra halı qəfil pisləşib. Xəstəxanaya aparılan R.Fataxov orada vəfat edib.

R.Fataxovun özünü hansı şəraitdə və nə məqsədlə hovuza atması hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi