hia.az
hia.az

Fuadın atası Nadirin şikayəti ilə həbs edilibmiş - Qətllə bağlı yeni detal

72 dəfə baxılıb 3-12-2022, 13:18

Fuadın atası Nadirin şikayəti ilə həbs edilibmiş - Qətllə bağlı yeni detal


Ötən gecə saat 22 radələrində Beyləqan rayonu Tatalılar kəndində bir ailədən 4 nəfərin - ata, ana və 2 oğulun ov tüfəngi ilə öldürülməsi hadisəsinin yeni təfərrüatı üzə çıxıb.

İnsidenti törədən 27 yaşlı Fuad Cəlilzadənin atası 2009-cu ildə həbs edilibmiş. Belə ki, həmin vaxt Fuadın atası münaqişə zəminində qonşuluqda yaşayan 1966-cı il təvəllüdlü Nadir Quliyevə yaba ilə ağır xəsarət yetirib. N.Quliyevin şikayətçi olması ilə məhkəmə ona 6 il yarım həbs cəzası verib. O, həbsxanadan çıxdıqdan sonra qonşu ailələr arasında münasibətlər daha da pisləşib və mütəmadi dava-dalaşlar baş verib.

Xatırladaq ki, ötən gecə F.Cəlilzadə qonşusu 1971-ci il təvəllüdlü Tərgül Quliyeva, həyat yoldaşı, 1966-cı il təvəllüdlü Nadir Quliyev və oğulları: 1996-cı il təvəllüdlü Amin Quluzadə və 2002-ci il təvəllüdlü Xəyal Quluzadəni güllələyərək qətlə yetirib.

Qeyd edək ki, ailənin 4 övladı olub. Onlardan ikisi Bakı şəhərində yaşayır. Hadisənin genişlənməməsi və təhlükəsizlik tədbirləri nəzərə alınaraq qətli törətməkdə şübhəli bilinən 1995-ci il təvəllüdlü Fuad Cəlilzadənin ailəsi yaşadığı kənddən təxliyə edilib.

“Qafqazinfo”


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi