hia.az

Bakı-Quba yolunda ağır qəza - Ölən və yaralanan var

295 dəfə baxılıb 12-05-2022, 13:45

Bakı-Quba yolunda ağır qəza - Ölən və yaralanan var


Bakı-Quba-Rusiya sərhədi yolunun Siyəzəndən keçən hissəsində ağır yol qəzası baş verib.

“Qafqazinfo”nun məlumatına görə, BMW markalı, 90 NL 595 dövlət qeydiyyat nişanlı minik avtomobili ilə “KamAZ” markalı yük maşını toqquşub. Nəticədə minik avtomobilinin sürücüsü aldığı xəsarətlərdən hadisə yerində vəfat edib. Yük maşınının sürücüsü isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

İlkin araşdırmalar zamanı ölən sürücünün adının Elçin, xəstəxanaya yerləşdirilən şəxsin adının isə Məhiyəddin olduğu məlum olub.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi