hia.az
hia.az

Bakıda teplovozla avtomobil TOQQUŞDU

217 dəfə baxılıb 28-02-2022, 13:22

Bakıda teplovozla avtomobil TOQQUŞDU

Bakıda teplovozla avtomobil toqquşub, ölən var.

Hadisə fevralın 26-da paytaxtın Xəzər rayonu ərazisində qeydə alınıb.

Belə ki, maşinst – Füzuli rayon sakini, 1989-cu il təvəllüdlü Kamil İmanov və maşinst köməkçisi – paytaxt sakini, 1975-ci il təvəllüdlü Vasif Mustafayevin idarə etdiyi Biləcəri-Lokomotiv deposuna məxsus teplovozla Xəzər rayonu, Binə qəsəbəsi, Qala-Binə dəmiryolu mənzilinin 30-cu kilometrliyində qorunmayan dəmiryolu keçidində hərəkətdə olarkən sürücü – Sumqayıt sakini, 2001-ci il təvəllüdlü Nicat Fərzəliyevin idarə etdiyi “Chevrolet Cruze” markalı avtomobil toqquşub. Nəticədə sürücü və onun sərnişini Yaqub Yusifzadə 3 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib. Fevralın 27-də N.Fərzəliyev orada ölüb.

Faktla bağlı Sabunçu Xətt Polis Şöbəsinin İstintaq qrupunda araşdırma aparılır.(report)


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi