hia.az
hia.az

Bu ölkə Rusiya ilə sərhədi minalayacaq

70 dəfə baxılıb 6-09-2023, 09:39

Bu ölkə Rusiya ilə sərhədi minalayacaq


Latviya Rusiya ilə sərhədə tank əleyhinə minalar basdırmaq qərarına gəlib.

Bu barədə Latviyanın yenilənmiş dövlət müdafiə konsepsiyasında qeyd olunub.

Konsepsiyada ölkənin şərq sərhədinin gücləndirilməsinə xüsusi diqqət yetirilib. Belə ki, Latviyanın Rusiya ilə sərhədində tank əleyhinə minalar yerləşdirilməsi və digər mühəndislik həlləri nəzərdə tutulur.

Konsepsiya Latviyanın müdafiə naziri İnara Murnietse təqdim olunub. O, sərhəd infrastrukturunun yaradılmasının Daxili İşlər Nazirliyinin səlahiyyətinə daxil olduğunu, lakin Müdafiə Nazirliyinin də sərhədlərin gücləndirilməsi prosesinin təkmilləşdirilməsi və sürətləndirilməsi ilə bağlı fikirlərinin olduğunu vurğulayıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi