hia.az
hia.az

Yeni təyin olunan səfirlər kimdir?

96 dəfə baxılıb 29-08-2023, 14:06

Yeni təyin olunan səfirlər kimdir?


Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin imzaladığı sərəncamlarla Çin, İraq və Türkmənistana yeni səfirlər təyin olunub.

Çin Xalq Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilən Bünyad Səməd oğlu Hüseynov bundan əvvəl İran İslam Respublikasında fövqəladə və səlahiyyətli səfir vəzifəsində çalışıb. O eyni zamanda Azərbaycan Respublikasının İqtisadi Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndəsi olub. 2021-ci ildə dövlət başçısının sərəncamı ilə həmin vəzifələrindən geri çağırılıb.

Azərbaycanın İraq Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin olunan Nəsir Natiq oğlu Məmmədov bundan əvvəl adıçəkilən səfirlikdə müvəqqəti işlər vəkili olub.

Türkmənistana fövqəladə və səlahiyyətli səfiri təyin edilən Qismət Füzuli oğlu Gözəlov isə buna qədər Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibinin müavini idi.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi