hia.az
hia.az

Ukrayna prezidenti postunu kim tutacaq?

62 dəfə baxılıb 18-08-2023, 19:48

Ukrayna prezidenti postunu kim tutacaq?


Belarus prezidenti Aleksandr Lukaşenko deyib ki, Ukraynada prezident seçkiləri keçirilsə, o zaman hazırkı dövlət başçısı Volodimir Zelenski yox, hərbçilərdən kimsə qalib gələcək.

O, bu barədə ukraynalı jurnalist Diana Pançenkoya müsahibəsində danışıb.

Ukraynada prezident seçkilərində kimin qalib gələ biləcəyinə misal olaraq o, Ukrayna Müdafiə Nazirliyinin baş kəşfiyyat idarəsinin rəisi Kirill Budanovu göstərib.

Lukaşenko vurğulayıb ki, hərbçilərdən biri prezident olacaq. O, iddia edir ki, “bir çox insanlar hələ indi-indi Zelenskini real qiymətləndirməyə başlayır”.

Bundan əvvəl Lukaşenko daha bir "uzaqgörən və müdhiş proqnoz" verərək deyib ki, 2024-cü ildə Rusiya Federasiyasında keçiriləcək prezident seçkilərində Vladimir Putinin seçiləcək.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi