hia.az
hia.az

Prezident Kəlbəcərdə tikinti işlərinə 80 milyon manat ayırdı

62 dəfə baxılıb 17-08-2023, 12:58

Prezident Kəlbəcərdə tikinti işlərinə 80 milyon manat ayırdı

Prezident İlham Əliyev Kəlbəcər şəhərində tikinti, təmir və bərpa işləri üçün maliyyə vəsaiti ayrılması haqqında Sərəncam imzalayıb.

Sərəncamla Kəlbəcər şəhərində tikinti, təmir və bərpa işlərinin layihələndirilməsi və həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Şərqi Zəngəzur İqtisadi Rayonunda 2 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsə 80 (səksən) milyon manat vəsait ayrılır.

Maliyyələşməni təmin etmək Maliyyə Nazirliyinə həvalə olunub.
Sərəncamdan irəli gələn məsələlərin həlli Nazirlər Kabinetinə tapşırılıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi